Azərbaycanda həyatın fəlsəfəsi.

Yazacağım fikirlər illər ərzində müşahidə etdiyim insan mənzərələrindən çalıntıdır. Real hadisələrə əsaslanır. Ümumi və sıradan bir azərbaycanlının dünyaya baxış bucağını anlatmağa çalışacam. Əgər yazdıqlarımı digər sosial şəbəkələrdə cızma-qaza etsəydim, küfrün, söyüşün biri bir qəpikdən yığılardı. Burada məni izləyən azərbaycanlı azdır deyə, daha ürəklə yazı yazmaq olar. Bu yerdə bir haşiyə çıxmaq mütləqdir ki, bizim insanımızın hər hansı bir mövzunu müzakirə etmək mədəniyyəti yoxdur, ən gözəl variant fikirlərə söyüşlə reaksiya verməkdir.

20914517_1488291147898016_2263494423218946499_n-960x516-768x413.jpg
image

Tipik azərbaycanlı həyatını beş prinsip üzərində qurub.

  1. Allah qoysa.
  2. Pul qazanmaq.
  3. Qız istəmək.
  4. Oğul-uşaq sahibi olmaq.
  5. Rəhmətə getmək.

Allah qoysa- birincidən başlayaq, özümü dərk edən vaxtlarımda bəzi düşüncələrim vardı, yeri düşəndə valideynlərim ilə bölüşərdim, "mən rejisssor olacam, film çəkəcəm". Və mənə "allah qoysa de" de deyirdilər, düşünürdüm ki, Allah qoymasa olmayacaq, mütləq bu həyatda yaşamaq üçün, öz istədiklərini əldə etmək üçün birindən icazə almalısan.
Pul qazanmaq- pul qazanmaq söz birləşməsi olaraq heç bir dildə bizim dildəki kimi qarşılıq vermir, pul qazanmaq əməyinin qarşılığını almaq anlamına gəlməlidir. Bizdə pul qazanmaq "rüşvət almaq" deməkdir, "qazmaq, qazıyıb çıxarmaq, dərisini soymaq".
Qız istəmək- "qızı istəyir, sahiblənir, bazardan kartof alır", qızı sevmək yoxdur, ana toy kasetindən, diskindən balasına qız seçir, o da o qızı istəyir. Sevgi "Leyli və Məcnun" da idi, Məcnun sevirdi, İbn Səlam Məcnunu istəyirdi.
Oğul-uşaq sahibi olmaq- fikir verirsiniz, övlad demirik ha, "oğul" deyirik, cəmiyyət qız istəmir, düşüncəyə baxın, əsil övlad oğlandan olur, qızdan olmaz, niyə? Azərbaycanlı düşünür ki, qız başqasının çırağını yandıracaq. Bu fikrilər elə-belə, sıradan yaranmayıb.
Rəhmətə getmək- biri soruşursa ki, hara gedirsən? Deyirsən ki, rəhmətə gedirəm. Bir boşluqdan gəlmisən və digər boşluğa gedirsən, adını da qoymuşuq, "filankəs rəhmətə getdi", dünyasını dəyişdi anlamından çox uzaqdı bu fikir.
Sonda bu beş müqəddəs kəlmələri birləşdirsək, ortaya möhtəşəm, dahiyanə fikir çıxır.
"Allah qoysa pul qazanıb, qız istəyib, oğul-uşaq sahibi olub, rəhmətə gedəcəm".
Sıradan azərbaycanlı həyata bu cür baxır, allah qoyur, qul qazanır, qız istəyir, oğul-uşaq sahibi olur, sonra da rəhmətə gedir. Bu cür həyata baxışımız var bizim. Belə...