
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
bank fiziki və hüquqi şəxslərə öz hesabına və ya digər kənardan cəlb etdiyi kapital hesabına kredit verən və ya hüquqi və fiziki şəxslərdən müəyyən faiz verməklə depozit cəlb edən bir iqtisadi təşkilatdır.
banklar yerləşdiyi ölkələrdə və ya beynəxalq müstəvidə nağd və nağdsız hesablaşmaları həyata keçirir, qiymətli kağızları dövrüyəyə buraxır, əsas məqsəd pulla pul qazanmaq siyasəti güdür.
bank sözü italyancada "banco" sözündən əmələ gəlib, qədim dövrdə italyada tacir və sərraflar yol kənarı və parklarda skamyalarda oturar və haqq-hesab edərdilər, indi də italyada skamyalara "banco" deyilir.
ticarət qızıl və gümüş pullarla həyata keçirirdilər və bu pulları evdə saxlmaq təhlükəli idi, insanlar həmin pulları zərgərlərə verərdilər əvəzində qəbz alardılar, istədikləri vaxt o qəbzi verib əmanətləri geri götürərdilər.
zərgərlərdə qızıl və gümüş pullar o qədər çox yığılardı ki, zərgərlər birinin pulunu digərinə faizlə verərdilər.
pul pul gətirər məsəli də oradan yaranıb.
və beləcə ilk banklar italiyada yaranmış oldu.