Bir fincan çayın xərti var...

İnanmıram ki, dünyanın hər hansı bir ölkəsində azərbaycanlılar qədər çay içən olsun. Türklərdə "Bir qəhvənin xətri var" deyimi var. Bizdə də bir fincan (stəkan) çayın xətri var.

WhatsApp Image 2019-04-29 at 09.46.12.jpeg

Əslində elə deyil də Azərbaycanda "duz-çörək, düz çörək" söhbətləri var. Yəni biri ilə duz-çörək kəsmisənsə mütləq bir xətri var. Sabah üz-üzə gələndə, bir problem olanda deyirlər ki, a kişi, biz səninlə "duz-çörək kəsmişik, düz çörək kəsmişik". Köhnə kişilər çörək kəsdiyi adamın xətrindən çıxa bilməzdi, bir sözünü iki etməzdi.
Bu qaldı keçmişdə. İndiki zamanın insanları olan bizlər zamanın tələbinə uyğun olaraq dəyişdik. Nə duz-çörəyin, nə düz-çörəyin, nə də bir fincan çayın xətri daha qalmır.

WhatsApp Image 2019-04-29 at 09.46.12 (1).jpeg

Yenə çay mövzusuna geri qayıdaq. Bizim insan səhər saat 5-də oyanıb, samovar qaynadıb, çay dəmliyib, üç fincan çay içməsə gün ərzində əhvalı guya başqa olur, həyatında nələrsə çatışmır, başağrısı falan başlayır. Bizim insan çay içməyə bəhanə gəzir. Mənim kimi... Çay içməyə dost-tanış tapmayanda belə əlavə bir fincan da xahiş edirəm, bəlkə birinin ciyəri yanar, gəlib oturub bir qurtum içər.

Çay bizim milli-mənəvi dəyərimizə çevrilib, hər bir dərdin dərmanı, çay-çay-çay, armudu stəkanda çay-çay-çay.