
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Azərbaycanda investisiya deyəndə ilk ağıla gələn 2 sot torpaqdır, mütləq ora daş töküb ev tikmək və metroya yaxın 2 otaqlı mənzil almaq kirayə verməkdir. Obyektin varsa "arenda" vermək. Bir azərbaycanlının şəhərin mərkəzində mənzili varsa xoşbəxtdir və ya Mərdəkanda torpağı. Azərbaycanın milli valyutası manatın devolvasiyasından sonra bu kimi investisiya növləri də öz keçmiş dəyərini itirməyə başladı, yəni o qədər də etibarlı deyil. Bunlara dədə-baba investisiya adını vermək olar. Dünya müasirləşdikcə, elm-texnologiya inkişaf etdikcə yeni investisiya imkanları meydana çıxır.
Müasir dünyamızda innovativ investisiya hesab edilən kriptovalyutalara böyük tələbat var. Yaranma tarixi çox uzaq deyil, 2008-ci il Bitcoin yaradılanda yəqin ki, bu kriptonun 1 ədədinin 20000 dollara qədər yüksələcəyi kimsənin ağlına gəlməzdi. Amma oldu. İndi insanların belə düşünməyinə səbəb var.Məsələn, hansi kriptovalyutaya uzun müddətə investisiya etsəm nə qədər qazana bilərəm? Qazana biləcək qədər etimal varsa, itirə biləcək qədər də risk var. Bəs Azərbaycanda bu sahəyə investisiya etmək istəyən nə etsin?
Kriptovalyutalar. Kriptovalyuta – virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. Kriptovalyutalar birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil.
Beynəlxalq kriptovalyuta birjalarında 1700-dən çox kriptovalyuta mövcuddur. Bu məlumatları www.coinmarketcap.com sayıtından əldə edə bilərsiniz.
Birjaları da iki yerə ayırmaq olar.
Binance, Poloniex, Bittrex, Bitstam, Livecon, Coinbase, Gdax, Hitbtc, OkEx, Exmo, Cex.io, Bithumb, Huobi, Koinex, Kraken, YoBit, Liqui, Coinone.
Birjaların əsas göstəriciləri bunlardır:
Son zamanlar birjalar arasında rəqabət durmadan artır. Hər bir birja çalışır ki, daha çox istifadəçi cəlb etsin. Bunun ən gözəl gedişini Binance birjası etdi. Binance Referral Program yaratmaqla daha çox gəlir əldə etmiş oldu.
Birjalar və onların Azərbaycanda azərbaycansayağı necə istifadə qaydalarını öyrənmək istəyən hər kəs yazı sahibinə, bu fakir bəndənizə müraciət edə bilər. Yeni yazılarda görüşmək ümidi ilə bacarın sağ qalın.