
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Uzun zaman oldu ki, steempress mənə yardım əlini uzatmır, hardasa səhv etmişəm bağışlamır onu mənə, "upvote" etməkdən boyun qaçırır. Yeni bir wordpress hesabı açaraq buradan davam etmək qərarına gəlmişəm, bəlkə bu dəfə məni o "qara siyahı" sından çıxarar. Çıxarmazsa da çıxarmasın bizə digər presslər yetər.
Steemitdə olan əksər insanlar uzaqdan, yaxından birjalar ilə tanış olmaq məcburiyyətində qalır, qalacaq və qalmağa məcburdu. Çünki qazandığımız steem və steem dollarları hansısa bir xarabaya çəkib oradan digər coinlərə və ya nağd fiat pula çevirməliyik. Buna görə də birjalar kriptopara aləminin olmazsa olmazlarındandır.
Bəs hansı birjalar? Biz hansı birjaları istifadə etsək daha rahat və daha az məsrəf xərcləyərik? Hal-hazırda ən çox üç birjada əməliyyatlar yerinə yetirdiyim üçün bunlar haqqında geniş yaza bilər, yaxşı və pis cəhətlərindən danışa bilərəm. Poloniex, Bittrex və Binance.
Poloniex bəzən arbitraj etmək üçün yararlı olur. Çünki digər birjalara nisbətdə qiymətlər ucuz olduğundan coinləri alıb, digər birjalarda satmaqla qiymət fərqindən qazanmaq mümkündür. Bittrex birjası və Binance ən uyğun birjalar hesab edirəm. Düzdü Bittrex birjasında al və sat əmirləri daxil edərkən komissiyalar çoxdur, bunlara fikir vermək lazımdır. Məsələn, Digibayt alıb satmaq istəyən adam Binance birjasında heç nə edə bilməyəcək, çünki Digibayt Poloniex və Bittrex birjalarında al-sat olunur. Məsələn, Steemit üzərindən birbaşa Steem dolları(SBD) birjaya çəkmək istəyən istifadəçi coinləri mütləqdir ki, Poloniex və ya Bittrex hesablarına transfer etsin. Binance birjası yuxarıdakı digər iki birjadan daha avantajlı, daha sərfəlidir. Əgər siz hələ də digər birjalarda al-sat edirsinizsə Binance bijasınsa qeydiyyat olmağınızı şiddətlə tövsiyyə edirəm. Referal linkinin olması da bir başqa özəllikdir. Bu da mənim Binance referal linkimdir. Əgər siz Binance birjasında əməliyyatlar edirsinizsə mütləqdir ki, balansınızda Binance coin(BNB) olsun. Komissiya xərclərini yetəri qədər azaldır. Bunun üçün hesabınızda bu hissəni "ON" (aktiv) etməniz gərəkir.
Məsələn, Bittrexdə 50 ədəd Waves satsaq nə qədər komissiya ödəməliyik buna baxaq və bunu Binance ilə müqayisə edək.
50 ədəd Waves satmaq üçün 8750 satoşi komissiya ödədik. Bəs Binance ?
Binance birjasında 0.007 BNB free ödədik. İndi buraya diqqət edək.
0.01 BNB almaq üçün bizə 3749 satoşi lazımdır. Biz isə 50 ədəd Waves satmaq üçün 0.007 BNB xərcləmişik. Digər Bittrex birjasında 8750 satoşi free xərcləmişdik 50 ədəd Waves üçün. İndi müqayisəni özünüz edin, mənim riyaziyyatdan hesab-kitabım bir o qədər də yaxşı deyil.
Sonda qeyd edim ki, birjalardan istifadə edərkən diqqətli olun, aldım qoz, satdım qoz etməyin, sonuncda əlinizdə bir az coin qalmış olsun.
Fotolar pixibay.com üzərindən, screenlər isə Bittrex və Binance birjalarından əlavə edilmişdir.Təşəkkür edirəm, yeni birja yazılarında görüşmək ümidi ilə @revan746