
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Bizim tərəflərdə belə bir söz var ki, "hər ananın mütləq bir qız övladı olmalıdır". Bu ifadə tam olaraq atalara qarşı haqsızlıqdır. İndi mən də deyirəm ki, hər atanın mütləq iki oğlu olmalıdır. Bir olsa evin səs-küyü az ola bilər, mütləq ikisi olmalı.
Keçən ay işdən məzuniyyət götürmüşdüm, tam olaraq bir ayı evdə keçirməli oldum. İndi sizlər düşünün mənim evdəki bir aylıq "istirahətimi".
Nənəmin bir sözü vardı, deyirdi ki, balaca uşaq çox yaxşı şeydir, amma qonşuda ola, gedib oxşayıb, oynadıb, əzizləyib gələsən.
Son zamanlar uşaqların ən maraqlı anlarını kameranın yaddaşına köçürmək qərarına gəlmişəm. Ondan sonra da Youtube kanalıma yükləyirəm.
Mənim uşaqlığımdan vur-tut iki ya üç fotoşəkil qalıb. İndiki uşaqlar daha şanslıdırlar, demək olar ki, bütün xatirələri qalacaq, bilmirəm, gələcəkdə bu yaxşı hal olar ya olmaz, amma geriyə qalan nə varsa hər biri bir xatirədir.