Bizim həyatımız.

Bizim bir həyatımız var, amma biz hər gün bu yaşadımız həyatdan şikayətlənirik. Məsələn, mən istəyirəm başqa cür yaşayım, başqa işdə işləyim, burda həyat ağ və qara rənglərdən ibarətdir, ölürəm, bu ölkə sıxır məni.

Bəhanələr...

Biz yaxşı yaşamaq istədiyimiz həyat üçün hansı addımları atırıq? Hər gün bir bəhanə taparaq bu həyatı boş yerə xərcləyirik. Düzdür, bəzimiz addım atır, cəhd edir, nəsə etməyə çalışırıq, alınmır. Birinci addımdan sonra uğur qazanmayan kimi pesimist düşüncələrə düşmək olmaz, bizim ikinci, üçüncü, dördüncü cəhdlərimiz hələ qabaqdadır, bəhanələrə imkan vermək olmaz. Elə indi başlamaq lazımdır, içimizdəki o qorxunu yenə bilsək, qarşımıza çıxa biləcək bütün maneələri keçə bilsək, biz qalibik. Qarşımıza çıxan istənilən çətinliklər normaldı, axı çətinliklər olmasa uğurun bir dadı olmaz ki. Uğur qazanmağın gözəlliyi o işlərin çətinliyindədir.

image

Gəlin qoymayaq həyat bizi boğsun, gəlin həyatın boğazından ikiəlli yapışıb biz onu boğaq. O həyatı biz idarə edək, o bizi deyil...