
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Dünya ölkələrinin istehsal etdiyi ümumi milli məhsulun 65 faizi 8 ölkənin payına düşür. Bu ölkələr 1973-cü ildə dünyada yaşanan neft böhranından sonra bir araya gələrək, müzakirələr edərək 1975-ci ildə G6 birliyini yaratdılar.
İlk olaraq Amerika, Almaniya, İtaliya, Yaponiya, İngiltərə, Fransa birliyin üzvü oldu. Bir il sonra Kanada bu birliyə daxil oldu. 1997-ci ildən Rusiya da birliyin üzvüdür. Artıq G8 adlanmağa başladı.
Hər il qrup ölkələri zirvə toplantısı təşkil edir və birliyə daxil olan ölkələrin iqtisadi, siyasi problemləri müzakirə olunur. Hər il üzv olduğu həmin ölkələrdən birində təşkil olunur, sədrliyi də o ölkə həyata keçirir.
"Böyük səkkizlər" adını alan bu birliyin gündəmi, müzakirələri dünya ictimai gündəmini məşğul edəcək səviyyədə olur.
Zaman keçdikcə güclü iqtisadiyyat yarada bilən dövlətlər bir araya gəlməyə başladı.
Son olaraq G20 ölkələrinin birliyi yaranmış oldu. Türkiyə də son illərdə G20 ölkələrinin sırasına daxildir. Qeyd edək ki, Türkiyədə iqtisadi durum göz önündədi, yaxın zamanda bu gedişat durdurulmasa G20 ölkələrinin sıralarını tərk etmək məcburiyyətində qalacaq.