
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Səhər açılar açılmaz mesajlar gəlməyə başlar, təbriklər falan filan. Xatırladarlar ki, bir yaş da qoçalmısan. Məndə uzun bir aradan sonra istədim Steemitdə də yazım ki, bu gün mənim dünyaya göz açdığım gündür. 32 ildir nəfəs alıram, yaşayıram. 20/06/1987 - 20/06/2019
"FB heç kəsə xatırlada bilmir, bu gün mənim doğum günümdü.Texnologiya vasitəsi ilə xatırlanmağı qaldıra bilmirəm, ağır gəlir. 32 yaşın ağırlığı. Onsuzda bir gün ölüb gedəcəyik, üçündə üçünün, yeddisində yeddisinin, qırxında da qırxının yaddaşından silinib gedəcəyik. Biri, ikisi səni gecənin 12-də, səhərin korunda yada salıb təbrik edirsə qazancın budur.
Babam Azərbaycandan ta Berlinə qədər gedib, vuruşub, tək qolla qayıdıb, atam dünyaya gəlib, buralarda doğulmaq atamın günahı olmayıb. Sovetin dağıla-dağılında mən doğulmuşam, mənim günahım deyil. Ot kökü üstə bitir, iki tifilin də buralarda dünyaya gəlməsinə mən vəsilə olmuşam. O lətifədəki oğlan kimi mən də günahı babamda görürəm. Vizasız zadsız getmişdin də ta Berlinə qədər, sənə lazım idi Qəbələnin Seyidqışlaq kəndi?
32 yaşın düşüncələri adamı haldan-hala salır, ələm uçurub, qaloşdan pir düzəldirik. Nə mübarək insanlarıq. Bu gün mənim günümdü. Mübarəkəm."