
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Kriptoparalar digər yatırım vasitələrinə nisbətdə çox dayanıqlı deyil. Məsələn, bir xəbər bütün piyasanı alt-üst edə bilər. Filan birja xakerlər tərəfindən ələ keçirilib, filan qədər kriptoparalar cüzdanlara transfer edilib kimi xəbərlər bitcoin və digər coinlərin qiymətində ciddi düşüşlərə səbəb ola bilər. Bu kimi xəbərlərini zaman-zaman eşidirik, bəzən də öz əksini tapmayan xəbərlər olur, bunların da niyə mediyada yayımlandığı anlaşılandır. Bəzən böyük yatırımçılara ən ucuzundan bitcoin və digər kriptoparalar almaq lazım olur, bu kimi xəbərlər piyasada panika yarada bilir.
Pis xəbər kimi yaxşı xəbərlər də yaxşı effekt yarada bilir. Piyasada ən çox etki yarada bilən birjalardan biri də Coinbase birjasıdır. Çox az sayda coin var bunların listəsində. Rəsmi olaraq Coinbase birjasında 11 coin listələnib.
Onu da qeyd edək ki, nə Azərbaycan, nə də Türkiyədə Coinbase birjasında al-sat etmək mümkün deyil, ancaq və ancaq cüzdan kimi istifadə etmək mümkündür. Ən son olaraq Coinbasedə Stellar Lumens ( XLM ) listələndi və fiyatında yetəri qədər artım müşahidə olundu. Belə demək mümkündür ki, Coinbase kriptopara piyasalarında güvən, etibar etalonudur. Bir coin Coinbasedə varsa, deməli, ona yatırım etməyə dəyər.
Coinbase CEO-su Brian Armstrong hərdən twit atır ki, bəs daha hansı coini bizim Coinbasedə görmək istərdiniz? Son twitinə siz də #Steem coin adı qeyd edə bilərsiniz.
Kütləvi olarsa listələnməyə faydası olur. 11 coindən əlavə 39 coin də Coinbase daxil olmaq ərəfəsindədir. Yaxında buraya daxil olacaq yeni coin Steem olsunmu?
İzləyib oxuduğunuz üçün təşəkkür edirəm. @revan746 Screenlər twitter və Coinbase üzərindən alınmışdır.