
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Yadımdadı bir il bundan öncə bu yerdən keçəndə qış fəsli idi. Bir az fərqli olsa bu balaca ağacların şəkillərini çəkib steemitdə paylaşmışdım. Azərbaycan Dəmir Yollarının ərazisidir. Kənarda kadra düşən sürət qatarıdır. Mənim sevimli yol yoldaşım. Hər gün ömrümün düz bir saatını bu qatarda xərcləyirəm. Az zaman deyil, üst-üstə yığsam bir igidin ömrü edəcək.
Keçən bir il zaman kəsimində ağaclar da böyüyüb. Çox axtardım, keçən il paylaşdığım bu ağacların fotoları tapa bilmədim. Ümumiyyətlə telefonda fotoaparatın olmağını kim düşünübsə alqışlayıram. Anılarımızı yeniləməyimizə yardımçı olur.