
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Bir az keçmiş illərə qayıtmaq istərdim. Tələbəlik illərinə. 2005-ci ilin payız aylarına. Ədəbiyyat fakultəsinə qəbul olmuş birisi özündən yuxarı kursları şair gözündə görərmiş, kitabxanalardan çıxmayan birini düşünün, nədən başlamaq və nələri oxumaq? Adamın qarşısına həyat bəzən pis insanlar kimi yaxşı da insanları rast salır. Adamın otaq yoldaşı şair ola, kitab sevə, kitab yaza, roman yaza. Bu hissi necə ifadə edim bilmirəm, amma yaxşı xatirələr yazırdı yaddaşa. İndi xatırladıqca o illərin qədrini bilmədik ya necə, deyə düşünürsən, bildik, sadəcə həyatın imtahanlardan ibarət olduğunu düşünüb durardıq. Yarımillik gəlir, kitablarla yatıb, kitablarla durardıq.
Emin ilə ilk rastlaşmam o qalan evə mən də kirayəşin olaraq gəlmişdim, əlində qalın bir kitab vardı, imkan tapdıqca çəkilib bir küncə oxuyurdu. Kitabın qalınlığı məni qorxudurdu, ha istəyirdim ki, soruşam "kimi oxuyursan, nə oxuyursan?"
Fitri istedad bir başqa mövzudur, biri də var ədəbiyyatı və dili nəzəri cəhətdən mükəmməl biləsən, bunu hər əlinə qələm alan bacarmır. Emin ilə söhbət edəndə hiss edirdim ki, bu insan əruzun, hecanın o qədər incəliyini bilir ki, şeir yazması, roman yazması mütləqdir, yazmasa günahdır. Beləcə bizim tələbəlik illəri də gəldi keçdi, hər kəs öz sahəsində işə başladı. Keçənlərdə Emindən öz şeirini səsləndirib mənə atmasını xahiş etdim, bir xatirə olsun. Qalsın Poeziya və ədəbiyyatın yaddaşında.
Poeziya və ədəbiyyat-da yeni sima və yeni səs- Emin İbrahim.
Deyir, gedəsi yerim yox, yalandan minim...
Mənim də yolumu gözləyən olsun...
Emindən çox danışdım, @nurengizbagirova -nın da haqqını yeməyim, onun səsləndirdiyi son şeirə o qədər qərəzli yanaşanlar oldu ki, istədim bir də Steemit olaraq sizlər dinləyin.
"Gedim harda ölüm mən?!!
Çıxmasın ahım mənim.
Harda ölüm ilahi?
Gəlməsin qəbrimin üstə
Bircə günahım mənim...."