
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
faşizm (lat.fascio, it fascismo, tərcümə."dəstə, birlik" ).
birinci dünya müharibəsindən sonra meydana gələn siyasi cərəyan. faşizm italiyada yaranmışdır.1922-ci ildə burada benito mussolininin rəhbərliyindəki faşist partiyası hakimiyyətə gəlmiş, sonradan dünyanın bir çox ölkələrinə də yayılmışdır. bütünlükdə faşizmin inkişafı dalğavari şəkildə genişlənmişdir.onun inkişaf dalğasının ən yüksək dövrü 1933-cü ilə təsadüf edir. faşizm və nasionalsosializm avropada bir hərəkat kimi qalib gəlir.avropa ölkələrinin yarıdan çoxuna yayılır, hakim siyasi qüvvəyə çevrilir.1933-cü ilin oktyabrında artıq faşizm ber hərəkat kimi 23 ölkədə fəaliyyət göstərirdi.1936-cı ildə 20avropa ölkəsində 49 faşist təşkilatı mövcüd idi.italiyada mussolininin, almaniyada hitlerin rəhbərliyi ilə faşist diktaturalarının yaradılması faşizm hərəkatında yeni rejimin yaranması demək idi.faşizm rejimi ikinci dünya müharibəsindən sonra da mövcüd idi.1974-cü ildə portuqaliyada salazar rejiminin, bir il sonra ispaniyada franko rejiminin devrilməsi ilə avropada faşizm rejimi başa çatmışdır.
faşizm və ya milli-sosializm ideya əsasını ifrat antidemokratizm, rasizm, şovinizm, sosial-darvinizm təşkil edir.o həm fiziki, həm də mənəvi mənada fərdlərin taleyini həll etmək məsuliyyətini öz üzərinə götürür.faşizm güclü, hətta qəddar hakimiyyəti təbliğ edir.
faşist cəmiyyətində ali millətlərin digər millətlər üzərində ağalıq etməsi nəzərdə tutulur. bu müddəalar faşizmin təcavüzkar xarici siyasətinə, başqa ölkələrin və xalqların əsarət altına alınması praktikasına bəraət qazandırmaq məqsədi güdürdü.
faşizm sinifləri və sinfi mübarizəni qəti şəkildə rədd, tətil, mitinq və digər etiraz formalarını yolverilməz sayırdı.