
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Hər kəsə mərhaba, yəni salam.
Gün ərzində vaxtımın ən çox hissəsini buralarda keçirirəm. Bekar adamam desək yalan olmaz, bizim tərəflərdə dövlət işində işləyən adamlar hamısı düşünür ki, görəsən nə işlə məşğul olum? Anladınız yəqin. Mən də bir demokrat steemit tapmışam, sağdan da döşüyürəm, soldan da.("da" ayrı).
Son olanlardan xəbəri olan varsa steemix.net var, türk dilli bir platforma, burda yazılan yazılarınızı Steemit üzərinə göndərə biləcəyiniz bir vasitə desək də olar. Zamanla öz ayaqları üstə dura biləcək deyə düşünürəm və inanıram.
Mən Rəvan Fəzullah, afğanım, Azərbaycanda bir aşirətin rəislərindən biriyəm. (yəni @revan746 Azerbaijan Steemit grupunun CEO-yam). Özümüzü tərifləmək kimi çıxmasın, lovğalıq da olmasın çox demokratik adamlarıq, grupumuz da elədir. Bir balaca səsini yüksək çıxardanı atıram grupdan çölə. Monopolistlik var daxilimdə, bir balaca fürsət tapan kimi biruzə verir. Bir sözlə gəlin grupumuza əylənin, deyin, gülün amma (burda bir video olmalı idi) çox şey eləmiyin. Nə də olsa camaatın anası, bayısı var.
Söhbətdən uzaq düşməyim. Hər gün üçün yeni bir post hazırlamaq qərarına gəldim. Azərbaycandan hər gün bu platformaya yeni istifadəçi gətirmək kimi bir məqsəd var qarşımda. Nə qədər bacaracam bilmirəm. Hər kəsə, yaxın ətrafıma tək-tək bu sistemi anlatmaq durumundayam, alınır.
Azərbaycan istifadəçiləri arasından hər gün bir yazı seçəcəm, "günün yazısı kimi" yazıları @bot-az və onun curasion traili dəstkləyəcək. Az da olsa çox hesab etmək lazımdır. Yazıları çalışım öz fikirləriniz, öz düşüncələriniz ətrafında yazın. Özünüz çəkdiyiniz şəkillərdən istifadə edin. Bir gözəl ortam, maraqlı bir məkana çevirək buraları. Həm də bu işin əyləncəsi qədər maddi tərəfini də düşünün. İkisi bir arada, cofe reklamı kimi. Günün yazısı çərçivəsində yeni qatılan və ilk yazısını yazan istifadəçilər də olacaq. Məsələn, bu gün aramıza qatılan @ilahecefer kimi - İlk yazısı
Post hər bir fikirə açıqdır, tartışalım.
Sağlıqla qalın.