Tədbirə bir az tez getmişdim ya da tədbir zamanında başlamadı, gecikmişdi. Nə isə, yeni çap olunmuş kitabları incələməyə başladım, təzə nə çıxmış, Bakı gəncləri, Bakı insanı nə oxuyur deyə maraqlanmağa başladım. Bu arada deyim ki, kitabevim.az-ın çox gözəl ortamı var, insan özünü orada çox rahat hiss edir.
Bakının ən böyük kitab satış mərkəzlərindən biridir, həm də internet üzərindən kitab satışlarını həyata keçirir.
Azərbaycanda kriptoparalara maraq o qədər də geniş kütləni əhatə etmir və mənim dünən bu kitab evində kriptoparalarla bağlı kitablara rastlamam bir ilk oldu mənim üçün. Hələ son deyil, iki tələbə qızın Bitcoin ilə bağlı kitab rəflərinə yaxınlaşıb, "görəsən bu Bitcoinin axırı necə olacaq?" deməsi mənim bir anlıq təbəssüm etməmə səbəb oldu.
Kriptopara və Bitcoin ilə ilgili kitablar Azərbaycan dilində olmasa da gənclərin marağına səbəb olub ki, türkcə çap verisiyaları bu kitab mağazasında yerini alıb.
Emre bəyi YouTube üzərindən izləyirəm, Kripto Emre kanalından. Kitabını Bakıda görmək çox sevindirdi məni.
İncələdikcə baxdım ki, xeyli sayda blockchain və kriptoparalarla bağlı kitablar varmış. Bunun yayılması və gənc nəslin, bizim bu mövzularda da kitablar alıb oxumamız bu texnologiyların gələcəyin texnologiyası olmasından xəbər verir.
Bunlarla ilgili bütün məlumatlar əlbəttə internet üzərində var, amma kitabların çap olunması, yayılması bu sahəni daha güvənli hala gətirir.
Bu kitabların öz ana dilimizə-Azərbaycan dilinə tərcümə olunub çap olunmasını biriləri öz üzərinə götürməli. Gələcəyə ən böyük tövfələrini vermiş olarlar.
Oxuduğunuz üçün təşəkkür edirəm. @revan746