"Kitabi-Dədə Qorqud"

"Kitabi-Dədə Qorqud" Azərbaycan xalqına mənsub olmaqla bərabər bütün başqa türkdilli xalqların iftixat etdiyi və ədəbi qaynaqlarını əlaqələndirdiyi ucsuz-bucaqsız bir dünyadır.

image

"Kitabi-Dədə Qorqud"un yaranma tarixi, mənşəyi və məskəniylə bağlı məsələlər o qədər əhəmiyyətlidir ki, onları açmaq, ya sadəcə qeydə almaq, diqqət mərkəzinə çəkmək istəyəndə dastana həsr etdiyin yazının çox böyük qismi məhz elə bu problemlərə aid olur.
"Kitabi-Dədə Qorqud"u sevdirən cəhətlərdən başlıcası dastanın mətnindəki diri, şirin, yapışıqlı yumordur. Ümumiyyətlə, bu qəhrəmanlıq dastanında güclü comərdlər, dönməz igidlər, qorxmaz ərənlər var, amma heç yerdə onların idealizəsi yoxdur. Onlar fantastik bahadırlar yox, canlı insanlardır.
Dədə Qorqud qəhrəmanları zaman keçsə də bizə doğma və yaxındır.