
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Keçən ildə kriptovalyuta bazarı o qədər aşağı qiymətlərlə müşahidə olundu ki, 2019-cu ildə vəziyyətin necə olacağına nikbin olsa da bizi yenə də ağır günlər gözləyə bilir desək yanılmarıq. Bəs kripto bazarına əks təsir edən amillər hansılardır?
Birinci növbədə "çirkli pulların" yuyulmasında kriptolardan istifadədən istifadə olunması, illərdir bu damğanı bitcoin öz üzərindən götürə bilməyib.
İkinci və ən mühüm məsələ birjalara edilən xaker hücümlar. Bu da öz növbəsində investorlarda bu sahəyə bir etibarsızlıq, güvənsizlik yaradır. Hər il o qədər xəbər oxuyuruq ki, filan birjadan filan miqdarda kriptovalyuta ələ keçirildi.
Üçüncü məsələ ondan ibarətdir ki, kriptovalyutalar uzun zaman sabit qiymət nümayiş etdirə bilmir, hər yüksək dərəcədə dalğalanmaya məruz qalır, risk amilini nəzərə alan yatırımçılar bu sahədən uzaq durmaqda fayda var kimi düşünürlər.
2019-cü ildə coinmarketcap üzərində gördüyümüz 2000-dən çox kriptovalyutanın 80%-i bazardan yoxa çıxacaq, bunların heç bir maddi, texniki əsası, bazası yoxdur.
İndiki durum bizi o qədər də qorxutmalı deyil, qiymətlərin aşağı olması bu sektorun çöküşü demək deyil, daha da inkişafı üçün bir addım geridən irəli atlamaq da kimi də düşünə bilərik.
Oxuduğunuz üçün təşəkkürlər. @revan746