
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Coinmarketcapa baxmağa bir az tərəddüd edir insan, elə bir mənzərə var ki, lələ köçüb, yurdu qalıb. Bitcoinə bağlı bir piyasa var qarşımızda, bir-iki xəbərdən, olumsuz hadisələrdən alt-üst olan bir piyasa. Bitcoin Cash-in fork olması ilə başlanan panika dayanmadı, Bitcoini zəlil gününə saldı.
Steemit istifadəçilərinə ən maraqlı ola biləcək üş coin var, bitcoin( bu hər kəsə maraqlıdır), steem və steem dollar. Bunlardan xəbərsiz olmaq bir başqa dünyanın insanı olmaq deməkdir. Bitcoinin bu enişi ən çox steem coini zərbə altına aldı. 0.40 sent qiymətinə qədər gətirdi.
Kənardan baxsaq görərik ki, steem dollar öz ayaqları üstə dayanmağı bacarıb, sabaha qədər dözüb ölməsə. Tək gül ilə bahar olmaz deyib, hər an çökə bilər. Bu qədər enişlərədə 1 dollardan, 0.80 sentə geriləməsi normal haldı məncə.
Ümid sonda ölür, bu piyasa o qədər enişli, çıxışlıdır ki, sabah nələr ola biləcəyi bəlli deyil. Yaxşı olacaq deyə yazını bitirək.
Sizlər Steemix.netdə yazın, alternativ olaraq SMIX tokenlər də qazanın.