
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
elektron ödəniş sisteminin bir növü olmaqla bərabər virtual(rəqəmsal) valyutadır kriptovalyuta.
qloballaşan dünyada, internet şəbəkəsinin bu qədər geniş yayıldığı bir dünyada kriptovalyuta onlayn maliyyə sistemində ciddi bir yenilikdir, yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. internet dünyasının "qızılı"dır kriptovalyuta, insanların yığım potfelini müəyyən hissəsini qızıl təşkil edir, internet üzərində isə insanlar kriptovalyuta yığırlar.
qızılın əldə olunması çətin olduğu kimi kriptovalyutanın da əldə olunması asan deyil.
bu prosesə "mayninq" deyilir. mayninq prosesində kriptoqarafiyadan istifadə olunduğundan əldə olunan elekrton valyutaya kriptovalyuta deyilir.
hər bir kriptovalyuta vahidi coin adlanır. coinlər əvvəlcədən təyin olunmuş alqoritmalara əsasən müəyyən sayda ola bilər. kriptovalyutaların özəlliyi ondandır ki, mərkəzi olmayan bir sistemdir, tələb təklif əsasında qiyməti müəyyən olunur, hər hansı dövlət bankları filan nəzarət edə bilməz. inflyasiya və digər təsirlər qiymətinə fərq etdirməz. gizlilik və sürətli transferlər kriptovalyutaların özəlliyidir, inqilabi yenilikdir.