
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Nobel mükafatları 1895-ci ildə Alfred Nobelin vəsiyyətnaməsinin 1896-cı ildə oxunması ilə "Nobel qardaşları" şirkətinin səhimlərindən əldə olunan gəlirin əsasında qurulmuşdur.
Nobel mükafatları insanlığa xidmət edənlərə, yazdıqlarından, icad etdiklərindən dünyamıza fayda verən insanlara təqdim edilən ən prestijli mükafatdır. Nobel mükafatları 1901-ci ildən təqdim olunmağa başlamışdır. Fondun təşkil etdiyi mükafatın məbləği 1.3 milyon dollardır.
Bu mükafatın maraqlı tarixi var. Alfred Nobel hələ sağ ikən özünün ölümü haqqında qəzetdə məqalə oxuyur, məqalənin adı belə idi, "ölüm taciri dünyasını dəyişdi". Bu xəbərin təsirindən Nobel ölümündən sonra adı daima tarixdə qalsın və insanlığa faydası olsun deyə belə bir fond təşkil etdi.
Nobel mükafatları Nobel özünün qeyd etdiyi sahələr üzrə aşağıdakı kimi verilir:
1.Kimya üzrə
2.Fizika üzrə
3.Fiziologiya və tibb üzrə
4.Ədəbiyyat üzrə
5.iqtisadiyyat üzrə
6.Nobel sülh mükafatı.
Mükafata diplom, medal və yüksək məbləğdə puldan ibarətdir.
Yuxarıda göstərilənlərin içərisində Riyaziyyat sahəsi yoxdur. Tarixi mənbələrdə göstərilir ki, Alfred Nobelin sevdiyi qızın qardaşı riyaziyyatçı imiş, qızı Nobelə verməyib. Nobelin riyaziyyatçılara qarşı ədavəti ordan qaynaqlanıb, məncə elm tarixinə haqqsızlıq edib.