
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Azərbaycan dünyanın yeganə ölkəsdir ki, bizdə bayram tətilləri azı bir həftə olmasa biz ona bayram tətili demirik. Azı bir həftə. "Aclıq olsun, kef olsun" bizim millətin ən sevimli yaşam tərzi. Biz də bu tətil günlərini boş qoymaq istəmədik, uşaqları da götürüb çıxdıq şəhər turuna. Novruz bayramı ilə əlaqədar iş yerindən verilən bayram biletlərini də alıb yollandıq hədiyyələrimizin dalınca. Hədiyyə dediyin də 0.75 qəpik İran peçeniyalarını doldurublar bir torbaya olub hədiyyə. Əgər çaşıb bunlardan birini uşaq yesə xəstəxanalıq olmasına 100% təminat verə bilərəm.
Uzun sözün qısası dərd hədiyyə və İran peçeniyaları deyil, dərd uzun zamandı yaşadığın şəhərin teatrına bayram personajları olan Kosa və Keçəli görın zaman gəlirsən. Novruz gəlməsə insanlarımızın teatra gəlməsi ən problemli məsələ olaraq qalır, gəlib də Kosa ilə Keçəlin bayram paxlavası dilənməsi tamaşasına baxırsan, uşaqlar da dilə gəlir ki, bu niyə Şaxta baba kimi hədiyyə vermir? Ağır sualdı, xalqın personajı da dilənməklə məşğuldu. Keçənlərdə bizim Statistika komitəsi açıqlama verib ki, Sabirabad rayonunda 4.5 nəfər işsiz var, üstünə də bir Keçəl, bir Kosa əlavə etsək olacaq 6.5 nəfər. Bütün dünya paxıllıqdan çatlayacaq.
Novruz abu-havasından çox uzaqlaşmayın, nə də olsa yurdumuza bahar gəlib.


İnsanların yaradıcı olması sarı şamı səmənidən daha uzaq qoymaq qədər genişdir, bunu ölçüb biçənin metrəsinə maşallah, yüz alqış.
İnsanın niyyəti yaxşı olmayanda hər şeyi belə əyri-üyrü görür.

Bu gözəl teatr binasının yan tərəfində bayraq dirəyi var, ən uzun dirəklərdən biridir, özüm çəkmədim ki, dirəyimiz gözünüzə girməsin. Özümü selfi etdim ki, Steemit tarixinə keçsin, gələcək nəsillər görsün, bilsin, agah olsun ki, bizim Novruz kimi bayramımız var.

Nə hikmətdirsə bizim ölkədə tarixi binaların içərisindən fotolar çəkəndə mühafizə xidməti yaxınlaşır ki, " nə edirsiniz?". Əlacsız qalıb deyirsən ki, kitab oxuyuram. Dərd birdir ya iki, adam bir anda qocala bilər bu məmləkətdə, hər an krizə girə bilərsən, bu iqtisadi kriz də ola bilər, qəlb krizi də.

Mühafizə xidmətinə 3-4 manat versəydim problemi başdan çözmək olardı, amma pulumuz çıxınca canımız çıxsın. "Get böyüyün gəlsin" deyib bir-iki foto çəkdim.

Hələ fontanları demirəm, yayda balaca uşaqlar buralarda hovuz kimi istifadə edirlər. Nədə olsa bir işə yarayır.

Təşəkkürlər. Məni follow etməyi unutmayın. @revan746