
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
Yenə payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar.
Təbiət rəngdən rəngə girdikcə insan təbiəti də bir başqa hal alır payızda. Bizim ruh halımızla əkizdir payız. Belə desək daha pafozlu alınır. Payız insana "bir gün bu həyatdan gedəcəksən" kimi mesaj verir. Solub yarpaqlar kimi. Xəzan olub itəcəksən. Ədəbiyyatda payıza aid o qədər şeir və əsərlər yazılıb ki, insan bunların arasından yeni bir şey tapıb oxumaq istəyir. Ya da bir musiqi. Həyatın hər anı, hər fəsli gözəldir deyirik də, payız ömrün xəzan çağıdır bəlkə də ona görə çox sevirik. Şair demiş, bir gün uzaqlardan bir payız gələ, deyə ki, qaytarın yarmaqlarımı.
"Biryolluq hamıdan çıxıb gedəsən"