Bundan əlavə qiraət etmək istəyən, sevdiyi şeirləri səsləndirmək istəyənlər də bizimlə sıx əməkdaşlıq etmək istədilər. Və zaman məsələsi ön plana çıxdı, videoları hazırlamaq mənim üstümə qaldı, mən də o qədər də video hazırlamaqda təcrübəli deyiləm. Öz bildiyim qədəri ilə, bacardığım qədəri ilə bu videoları hazırlayıram. İlk solistimiz @nurengizbagirova oldu, şairliyi olmasa da gözəl şeir demək bacarığını elə Steemitdə kəşf etmiş oldu. Ədəbiyyat kanalının şeir gecələrində.
İndi sizə yeni qələm, yeni bir səsi tanıtmaq istərdim. Bizim Azərbaycanda sosial mediya üzərində kifayət qədər izlənilən Xəttat Kilimçi öz şeirini bizim kanalda səsləndirdi.
Bircə baxış bəs edərdi ürəkçün. Xəttat Kilimçi
Belə davam etmək qərarımız var, Sizlər də kanalımıza abunə ola bilərsiniz, yeni səslər, yeni şeirlərdən xəbərdar olmaq üçün.
Təşəkkürlər izlədiyiniz üçün.