Qanunsuz ticarət. Orqan alveri.

Azərbaycanda və bütün dünyada son zamanlar geniş yayılmış ticarət növü də orqan alveridir. Keçənlərədə Bakı küçələrində "Böyrək satılır" adlı elana rastladım, amma fotosunu çəkməyə imkan tapmadım. İndi internetdə axtarış verdim, xeyli miqdarda bu mövzuda elanlara rastlamaq mümkündür. Biz bu cür halları adətən filmlərdə izləmişdik, bir az düşündükcə anlayırsan ki, filmlər də həyat lövhələrinin bədii təzahürüdür.

1543059298_-640x394.jpg
image

Dünyada ən geniş yayılan orqan satışı böyrək satışıdır. Normalda insan bir böyrək ilə də həyatda qalır, buna görə də üçüncü sinif ölkə insanları orqanlarını sataraq özləri üçün daha gözəl həyat qurmağa çalışırlar.
Asiya ölkələrində yaşam səviyyəsi aşağı olduğu üçün insanlar orqanlarını çox aşağı qiymətə satırlar. 5000 dollar. Əlbəttə ki, qeyri-qanuni.
Tibb müəssisələrində transplantasiya edilən orqanların qiyməti azı 200.000 dollardır.

4886.jpg
image

Dünyada ən çox orqan satanlar hindli, fillipin və pakistanlılardır. Bir gün bu cür orqan satışının Azərbaycanda olacağını ağlıma belə gətirməzdim. Axı biz petrol ilə zəngin ölkəyik. Qara qızıldan gələn dollarlar hər bir vətəndaşın həyatının firavan, güzəranının daha da yaxşılaşdırılmasına xərclənir. Yəni telekanallar, mətbuat belə deyir.

boyreyimi-satiram-deyen-her-kes-orqan-alveri-ede-biler-qanun-ne-deyir-30869.jpg
image

Dünya üzrə qeyri-qanuni ticarətdən, orqan alverindən, insan alverindən ildə 32 milyard dollar gəlir əldə olunur. Çox böyük məbləğdir. İnsanın həyatı öz əlindədir, yaşam tərzini elə formatda seçməlidir ki, orqanını satmaq durumuna gəlib çatmasın.

Bir həyat qurtarmaq üçün orqan bağışlamaq fikrinə müsbət yanaşıram, bu cür sosial kompaniyalara dəstək verən insanları alqışlayıram. Qeyri-qanuni ticarətini etmək əxlaqi çərçivəyə sığan deyil.

Daha ürəkaçan yazılarda görüşmək ümidi ilə @revan746

1.gif