Sənə yol gəlirəm... "Poeziya və ədəbiyyat"

Xəttat Kilimçi müasir Azərbaycan poeziyasında yeni bir nəfəsdir, yeni bir imzadır. Ucqar rayon məktəbində müəllimlik edir. Necə müəllim olduğunu bilmirəm, mən onunla facebook üzərindən tanış oldum, insanın içini sızladan şeirləri var, adi qələmlə bir dünya qurmağı, onu vərəqlərə və insanın ürəyinə yol salmağı bacaran biridir. Poeziya və ədəbiyyat kanalının uğurlu simalarından oldu, gözəl şeirləri və qiraəti ilə diqqət çəkməyi bacardı. Youtube kanalında şeir səsləndirmək kiçik işdir, qarşısında böyük ədəbi üfüqlər açılacağına inanıram. Çünki böyük ürəyi var, onu şeirlərindən duymaq olur, hər adam da qulaq asa bilmir Xəttata, acısı var, kədəri var şeirlərinin.


video

Xəttat Kilimçinin bu yaxınlarda şeirlər kitabının təqdimatı olacaq, gənc şair üçün bundan böyük uğur ola bilməz. Şeirlər kitabı "Mən Şekspir deyiləm, Angel".

51068978_1891748457603999_8464148039420870656_n.jpg
image

Sosial platformaların yaxşı tərəfi də varmış, istedadlı birisənsə bunu nümayiş etdirmək üçün qarşında böyük meydan var, izləyici kütlən var. Yaxşı bir iş ortaya çıxara biləcəksənsə kiməsə ehtiyacın yox, reklama ehtiyacın yoxdur. Səni sevəcəklər, sənə dəyər verəcəklər.
Son etmək istədiyim Kilimçini Steemit üzərinə gətirmək, buralarla tanış etmək olacaq. Bir az zaman lazımdır. Azərbaycanın ucqarlarında internet problemi var, bunu da yoluna qoymaq gərəkir.
Oxuyub, izləyib, dinlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. @revan746