
Azərbaycanın ən çox oxunan texnologiya saytı- Texnoon.com
İnternet həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnternet olmazsa nə olardı, necə olardı demək bir az çətindir. İnternetin dünyaya daha geniş ayaq açmasından sonra sosial şəbəkələr ön plana çıxdı. Sosial şəbəkələr "müasir çayxana" rolunu oynayır. Burada hər mövzu var, ictimai-siyasi, məişət, şou, tarix, din, elm. Hər mövzu. Onuları var, vaxt hardan gəlir, gedir bilməzsən, nərdi var, dominosu var. Bildiyin çayxana, səhər girərsən, tüstüsündən boğula-boğula axşama kimi oturarsan, yorularsan çıxarsan. Bəzən ayaq kəsərsən o "çayxanadan" alınmaz, qayıdarsan yenidən, məsələn, mən düz 22 dəfə facebook hesabımı dondurub yenidən açmışam. Bir sözlə internet, sosial şəbəkələr bizim fiziki dünyamızın virtual formasıdır, həyatımızın hər anının burada bir izi var, istəsək də var, istəməsək də var. İnternet üzərində hər şey var, xəbər portalları, danışıq,video zənglər, mesajlaşma, forum, blog (blog-bir insan həyatda gündəlik tuturmuş kimi düşünün)və daha nələr, nələr.
Günü gündən bu virtual həyatımız o qədər dəyişir, yeniliklərlə təzlənir ki, bir insan ömrü ayaqlaşamaz bu texnologiya ilə.
Bunlar həyatımızda asıllıq yaradıb deyə-deyə bu asıllığın dibinə enirik. Hava xoşdur yəni, keçi dəmiryolunda nə gəzir ki, lətifəsi.
Gecənin bu vaxtında burda bu yazını yazıramsa deməli, vəziyyət ruscadı. Uğurlar hər kəsə. İnternetdən və sosial platformalardan faydalı işlər üçün istifadə edin.