"Soyuq əllər, isti ürəklər."

 "Salam, Dar ağacı" adlı bir şeir vardı bizim müasir ədəbiyyatda, Rüstəm Behrudi özünəməxsus bir imza ilə ədəbiyyat tariximizə bir möhür vurmuş sayılır bu şeirlə. 

Belə bir fikir vardı:

 "Əcəllə ölməyə doğulmamışam, 

  Salam, Dar ağacı!

 Əleyküm - salam."

image

Yazını ədəbiyyat mövzusunda davam etdirmək fikrim yoxdur, giriş hissəyə bir fikri möhürləmək istədim ki, "əcəllə ölməyə doğulmamışam" .

Yeni ili bir az neqativ qarşılasaq da sonunda hər şey gözəl oldu, sevdiklərimizin ərtafında bir az sevincli, bir az kədərli 2018 ilini də başa vurduq, 2019 ilinə keçid etdik.

Hiss etdim ki, 2018 ilindən 2019 ilinə xeyli xatirələr aparıram, problemlər aparıram. Şaxta Baba olsa idim, problemlərdən bir çuval hədiyyə yığardım. 

Yeni ilə yeni hədəflər cızma-qara etmişəm, balaca bir kitabçam var. Bir gün məndən səs-soraq gəlməsə "Bir adamın gündəliyi" başlığı altında çap etdirərsiz :)

Yazının başlıqla əlaqəsi olmadı. elə deyil? Qış olsa da, hava şaxtalı olsa da, əliniz üşüsə də, ürəyimiz isti olsun, hər tərəfi, yaxın ərtafımızı isitməyə, qızdırmağa yetər. 

"Soyuq əllər, isti ürəklər" sloqanı Azərbaycanda brendləşdirilmişdir, müəllif hüquqlarını şiddətlə pozuram.

hörmətlə: @revan746