Tarixə baxış.

Yazı yazmaq qədər çətin bir şey yoxdur. Nə yazmaq istədiyin beynində formalaşmasa ha öldür, alınmır ki, alınmır. Amma elə bir mövzular gündəmə çıxır, hadisələr elə məcraya çatır ki, deməsən olmur. Özümü önəmli şəxs kimi qələmə verdim, guya mən hadisələrə reaksiya verməsəm, nələrisə qabartmasam dünya dağılacaq. İnanın ki, dağılacaq. Ortada mövzu varsa hər kəsin bu hadisəyə qarşı münasibəti, vətəndaş mövqeyi olmalıdır.
Yaxın keçmişin söhbətləridir, bir az da lətifəyə çevrilmiş hala gəlib çıxıb.
Bir dəfə xarici səfərlər zamanı bizim yüksək rütbəli siyasilərə sual verirlər ki, hər sahədə yüksək yerlərə çatmış insanlarınız var, nədən kosmosa ( uzaya ) adam çıxarmırsız? Bizim adam da özünü itirməz, xalqını yaxşı tanıyan biri imiş, demiş ki, oralarda bazar açılsın, baxın görün orda kimlər çoxluq təşkil edəcək.
Harda bazar varsa bizlər orda varıq və ya harda bazar açma etimalı varsa orda mütləq bazar açacayıq. Bu bizim qanımıza hopub.

photo_363707 (1).jpg
image

Bakı şəhərinin tarixi şəhər olduğunu bu şəhəri gəlib gəzib, görənlər az-çox bilir. İçəri şəhərin hər tinində təndir restoran açmış millətik, bütün dünya insanları dünyanın tarixi yerləri gəzərkən bizim insan getdiyi yerlərdə ancaq restoran və ticarət obyeklərini gəzəcək. Qarın qardaşdan irəlidir prinsipini həyat amalına çevirən yurdaşlarım mənim.
Baxın biz bu gözəl qala divarlarını söküb yerində restoran, ticarət obyektləri tikəcək qədər axmağıq. Əslində biz azərilər çox uzaqgörən insanlarıq. Beş günlük dünyada hər şeyin bir gün dağılıb gedəcəyini bilirik, həyat bir gündür, o da bu gündür deyib, yeyib içib yatmaq daha gözəldir, deyilmi?
Onsuz da bu axmaq dünyada heç nəyin mənası yoxdur, dünya bir boşluqdur, mənasızlıqdır. Bu mənasızlığın bir dibi varsa o dibin dibində biz varıq. Nostalji meyxanaların birində deyildiyi kimi, "biz ki varıq, cin kimi oğlanlarıq".

009900.JPG
image

Ölkəyə hər şey idxal edirik, avtomobil, qatar, avtobus, təyyarə, nə bilim traktor, xırda məişət əşyaları. Adam oturub düşünür ki, bəlkə Azərbaycana yeni "sort" adam idxal edək? Vallahi düzələr.

Məsələn, Fransadan "Bakubus" idxal edəndə içərisində bonus olaraq insan da alırsan, bu yol ilə bizim insanı yaşamağa, yaratmağa öyrətmək olar. Təndir restoranı açıb, pul qazanıb sonra yaxşıca yeyib-içib, ölüb gedirik, nəsə başqa bir şey düşünmək lazımdır.

0099000.JPG
image

Bəlkə təzə din, təriqət icad edək? Olmur e belə islamla, belə allah ilə, belə kitabla bu yaşananlar nəsə düz gəlmir.

Dünyamızda azərbaycanlılar olmasa idi, dünya çox şey itirməzdi, amma olub çox şey itirir. Məsələn, Bakının qədim qala divarlarını...
İzləyib, oxuduğunuz üçün təşəkkür edirəm.