Texnologiya və Azərbaycan. 6G

Keçənlərdə qarşıma bir xəbər çıxdı ki, bəs, alimlər 6G texnologiyası standartları mövzusunda konfrans keçirəcək, dünya sürətlə 6G standartlarını mənimsəməyə çalışacaq.

f6e199e023762d26afb293a8b787230a.jpg
image

Ümumiyyətlə "G" söhbətləri eşidəndə məni titrətmə, üşütmə tutur. Yadıma "Bəyin oğurlanması" filmindən "Niyə o əjdahadan bizdə yoxdur" səhnəsi düşür. Düzü biz də "kosmos" ölkəsi sayılırıq. Kosmosda iki dənə yekə, zırıltı peykimiz var. O peyki davul, zurna ilə səmaya fırladanda elə bildik ki, biz də kəsintisiz internet və tv yayımı əldə edəcəyik, hələ də məlum deyil o zad yuxarılarda nə işlə məşğuldu, kimin dəyirmanına su tökür.

azerspace2.jpg
image

Dünya hal-hazırda 5G mobil internet standartlarından istifadə edərkən biz analoq antena ilə AzTv telekanalını "tutmağa" çalışırıq. Dünyadan xəbərdar olmaq üçün. Bizdə bir məsələn yaranıb son illərdə, "Biz AzTv-dəki Azərbaycanda yaşamaq istəyirik".
Bəs 6G bizə nə vəd edir? 6G saniyədə 1terebayt sürət vəd edir bizə, bəs bizə bu lazımdırmı?
Gələcəkdə istifadə etdiyimiz bütün məişət əşyaları "ağıllanacaq". Süni intelekt bütün həyatımızı ələ alacaq. Evimizdə robotlar hər bir işimizi görəcək. Və texnologiya bizi "yeyəcək".
Ümid edək ki, bu texnoloji yeniliklərdən geri qalmayacağıq. Onsuz da ölkə olaraq hər bir texnologiyadan geri qalmışıq, Sabirin dediyi misralar bu dövrdə də daha altualdır.
"Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməmişik".
İl olub 2019, bizim ölkənin ucqar kəndlərində internet nədir bilən var, amma şəbəkə yoxdur. Bu da göstərib verməmək kimi bir şeydir. Bizim də kosmosda peykimiz var deməklə deyil, biz də kosmos ölkəsiyik demək üçün bizim texnologiyanı tamı-tamına qavramamız, bu son texnologiyalardan yararlanmamız lazımdır.

İzlədiyiniz üçün təşəkkürlər. @revan746