TOEFL dörd mərhələdən ibarətdir. Reading, Listening, Speaking, Writing. (oxumaq, qulaq asmaq, danışıq, yazı)
Hər mərhələnin öz dəyərləndirilməsi, öz qiyməti var. Dörd hissəyə ayrıldığını düşünsək hər hissə otuz ballıq sistem ilə qiymətləndirilir. Hər mərhələdən namizədin əldə etdiyi ballar toplanaraq ümumi nəticə çıxarılır.
Bəs IELTS nədir, TOEFL ilə fərqi nədir?
Ümumi baxsaq elə bir fərq yoxdur. Beynəlxalq səviyyədə sənin dil bilgilərini dərəcəsini göstərmiş olur. IELTS də iki hissədən ibarətdir. GENERAL və ACADEMİC. Əgər siz xarici ölkələrdə işləmək istəyirsinizə siz general, oxumaq istəyirsinizsə academic səviyyə lazımdır. Burda da əsasən dörd bacarıq üzrə yoxlamadan keçirilir. Danışıq, yazı, dinləmək, oxumaq.
Hər il iki milyondan çox insan TOEFL və IELTS üzrə imtahan verir.
Bu metodların üstünlüyü ondan ibarətdir ki, burada müraciət edənlərin və müraciət olunanların işini asanlaşdırmaq üçün nəzərdə tutulub. Məsələn, mən eyni zamanda üç universitetə və bir iş yerinə müraciət edə bilərəm və bir-bir bu yerləri gəzməm lazım deyil. Bunun üçün vahid bir imtahan sistemi yaradılıb və həmin sistemə uyğun dil biliyi balımı alıram, həmin sertifikatı aidiyyəti yerlərə göndərirəm.