Yatmış gözəl. Metro xatirələri.

Deməli, səhər "20 Yanvar"da özümü güclə çatdırdım qatarın axrıncı vaqonuna. Bir az nəfəsimi dərəndən sonra göz gəzdirdim ki, görən vaqonda rayondan, kənddən tanışlardan kim var, tanıdıq bir sima gözümə dəymədi. Qarşı oturacaqda bir xanım oturmuşdu. Yuxu aparmışdı, qulaqcıq da öz yerində. Xanımın gözəlliyi bir yana, yuxulu olmağı bir başqa cazibədar göstərirdi bunu. Yemə-içmə, dur tamaşa elə bu gözəlliyə, o dərəcədə yəni. Mən yanında durduğum oturacaqda bir qardaş oturmuşdu, hiss edirdim ki, xanıma nəsə başqa cür baxır. Eləmədi tənbəllik açdı çantasını bir qələm, bir dəftər çıxardı, başladı xanımın rəsmini çəkməyə. Fikrim qalıb qardaşın yanında, elə gözəl, cəld şəkildə xanımın üz cizgilərini vərəqə köçürürdü ki, olduğundan gözəl alınırdı, məlum. Xanım da hərdən oyanırmış kimi hərəkət edir, yuxuda nəsə görürmüş sanki amma oyanmırdı. Bu mənzərəni demək olar ki, bütün vaqon izləyirdi. 28-də bitirdi işi.
33689_1 (1).jpg
photo
Vərəqin kənarına nəsə yazdı amma əmin idim, xanıma nömrə yazan tip yox idi qardaşda. Vərəqi cırıb qatladı, sakitcə durub aparıb qoydu xanımın qulunun üzərinə. Xanım yenə oyanmadı. "Gənclik"də düşdü qardaş. Qatar "Nərimanov" çatana yaxın xanım yenə yuxuda nə gördü bilmədim, vərəq olan qolunu tərpətdi. O boyda zəhmət düşdü yerə. İstədim oyadım ki, bəs o vərəqi götürün. Canım yansın, qıymadım oyatmağa. Burdan o qardaşa səslənirəm, bağışla :)
İndi bir rejissor ola bu mənzərəyə klip çəkə. Day faciə yaratmaya, oyada bu xanımı apara gəncləri "Ulduz"da qovuşdura.
Deyirəm, gözünüzə su verin e. Bu dey mən, xalxın qızlarının fotolarına ürək atıb, aşağısına da gül şəkli yapışdırmaqdan başqa əlimdən heş zad gəlmir.

fb post